Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Sabah" - "Orhus" matçında rəqibi 175 azarkeşin dəstəkləyəcəyini yazmışdıq. Daha doğrusu, bu barədə Danimarkanın məşhur idman nəşrlərindən olan "Bold.dk"ya istinadla xəbər yaymışdıq.
Artıq bu oyun üçün bütün biletlərin sahibini tapdığı bəllidi. Bəs, həqiqətən qonaqların 175 tərəfdarı Orhusdan Bakıya qədər olan 4343 km məsafəni qət etməklə "Bank Respublika Arena"nın tribunalarında yer alacaq? Axı başqa bir informasiyaya görə, "Orhus" "Sabah"dan azarkeşləri üçün 440 bilet istəyib.
Bu təzada aydınlıq gətirmək məqsədilə "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında stadiona rəqibin 173 tərəfdarının təşrif buyuracağını bildirdi.
Xatırladaq ki, oyun saat 20.00-da başlayacaq.
KƏNAN BAHADIR