"Araz Naxçıvan" onunla müqaviləni yeniləməyəcək - AÇIQLAMA

28.05.2023 21:57 649
I liqa / Manşet
Birinci divizionun ilk yarısında MOİK-də, qış fasiləsindən sonra isə “Araz Naxçıvan”da çıxış edən Fərman Bayramovun danışılmış oyunlar barədə məlumatlı olub, müvafiq orqanlara xəbər vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.

"Football-plus.az" saytı olaraq qərarla bağlı Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırovun fikrini öyrəndik:

"Qapıçı Fərman Bayramovla müqavilənin müddəti mayın sonuna kimi idi. Yeniləməkdə də maraqlı deyilik. AFFA İntizam Komitəsinin qərarına da hörmətlə yanaşırıq".


ABDULLA İSMAYILOĞLU