• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”nın kuboku qazanması işimizə yarayacaq”

Dünya futbolu

19-05-2023, 10:0

Vinçentso Montella “Adana Dəmirspor”un başında 2-ci mövsümünü tamamlamaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, adanalılar bu mövsüm yalnız İstanbul nəhənglərini irəli buraxıblar və 4-cü pilləni tutmağa əsas namizəd sayılırlar.

48 yaşlı italiyalı mütəxəssisin klubla müqaviləsinin müddəti bu yay bitəcək. Deyilənə görə, Jorje Jezuş ayrılacağı təqdridə “Fənərbaxça” məhz bu məşqçini gətirəcək. “Olimpiakos”un da Montellaya marağı var. Həmyerlisi Andrea Pirlonun çalışdırdığı “Fatih Karagümrük”lə oyundan öncə Montella İtaliyanın “Tutto Merkato” nəşrinə açıqlamalar verib.

* Komandam bu mövsüm çox yaxşı performans sərgiləyir. Yayda komanda ilə birlikdə hazırlıq keçmək fürsətim oldu. Həm də ilk mövsümümlə müqayisədə artıq superliqanı daha yaxşı tanıyıram. 4-cü pillədəyik və avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. Bu, bizim üçün gözəl nəticədi.

* Bu mövsüm Türkiyə çempionatından avrokuboklara 3 klub yollanacaq. 4-cü pillədəki klubun avrokuboklara vəsiqə qazanması üçün ilk “3-lük”də olanlardan biri ölkə kubokunu qazanmalıdı. Ona görə də bu turnirdə yoluna davam edən “Fənərbaxça”nın kuboku qazanması bizim də işimizə yarayacaq.

* “Fatih Karagümrük”ün məşqçilər korpusunda bir çox italiyalı isim var. Andrea Pirlo ilə münasibətlərim çox yaxşıdı. Hətta onu “dostum” da adlandıra bilərəm. Onun komandası da yaxşı mövsüm keçirir. Xüsusilə də ikinci dövrədə inamlı təsir bağışlayırlar.

* Bir məşqçinin həyatı, demək olar, hər şəhərdə eynidi. Həyatımız, adətən, məşq meydançası, bir neçə restoran və qaldığımız otel arasında var-gəl edir. Adanada hər birimiz çox xoşbəxtik. Buranın əla iqlimi var. Yaşadığımız yeganə çətinlik zəlzələdən sonrakı dönəmə təsadüf etdi. İnsanların başına gələnlər çox sarsıdıcı idi. Son aylarımız həqiqətən də çətin keçdi. Bəxtimiz gətirib ki, məşq meydançamıza heç bir ziyan dəyməyib.

* Türkiyə çempionatı gözlədiyimdən güclüdü. Açığı, səviyyənin daha aşağı olacağını düşünürdüm. Ola bilər ki, burdakı oyunçular karyeralarının zirvə nöqtəsində deyillər. Amma səviyyəli, adlı-sanlı oyunçular var. Məsələn, “Qalatasaray”da İkardi, Mertens, Oliveyra, Zanyolo kimi futbolçular toplaşıb. Düzdü, taktika baxımından Türkiyə çempionatı A seriyasından geri qalır. Amma superliqanın da maraqlı tərəfləri var.

* Türkiyədə stadionlardakı atmosfer adama inanılmaz duyğular bəxş edir. Hətta burdakı stadionlarda olan coşqu İtaliyadakından da yüksəkdi. Tribunalar oyunu çox gözəl hiss edir və lazımi anda oyuna daxil olmağa çalışırlar. Adanada futbolu sevənlər çoxdu və komandaya maraq böyükdü. Bizə yaxın olmağa çalışırlar. Bu, önəmli məqamdı. Çünki futbolu azarkeşlərə görə oynayırıq. Onlar olmadan gördüyümüz bu işin heç bir mənası qalmaz. Şəhərdə yetərincə tanınıram. Amma həyatımı normal şəkildə yaşaya bilirəm.

* Balotelli ilə münasibətim yaxşıdı və hələ də ünsiyyətimizi davam etdiririk. Düzdü, son yaşanan olayların ardından ictimaiyyətdə fərqli bir fikir formalaşdı. Amma ötən mövsüm Balotelli başqana və mənə nə qədər istəkli olduğunu göstərdi. Sadəcə, mövsümün sonuna yaxın aramızda kiçik bir anlaşılmazlıq oldu. Komandanı onun yoxluğuna hazırlaşdırmağa başladım.

* İtaliyadan bu qədər uzun müddət uzaq qalmaq, təbii ki, bir qədər çətinlik yaradır. Ailəm üçün darıxıram. Amma digər tərəfdən bu, mənim işimdi. Mövsümün sonunda müqaviləmin müddəti bitəcək. Qalıb-qalmayacağım üzərində düşünürəm. Mənim üçün həmişə birinci meyar məni həyəcanlandıran bir yerdə işləməyim olub. Amma yenə də burda davam etmək ehtimalını birdəfəlik silib atmıram. Burda xoşbəxtəm. Klubun bünövrəsi çox düzgün qoyulub. Başqanın da böyük xəyalları var. İndi mövsümün sonuna köklənmək zamanıdı.

* “Olimpiakos” rəsmiləri ilə indiyə qədər heç bir görüşüm olmayıb. “Olimpiakos” Avropanın güclü və köklü klublarından biridi. Yalnız bunu deyə bilərəm. İndiki məqamda bu ehtimalı dəyərləndirməyim və onu şərh etməyim mənasızdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-06-2022, 16:0

Pirlo Türkiyədə işləyəcək?

Dünya futbolu

11-06-2022, 19:0

Montella hansı türk oyunçunu Mourinyoya məsləhət görür?

Dünya futbolu

7-12-2022, 13:0

Canər “Fatih Karagümrük”dən “Beşiktaş”a görə ayrıldı?

Dünya futbolu

2-06-2022, 18:0

Mövsüm bitsə də, istefalar bitmir

Dünya futbolu

16-05-2022, 17:0

''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?

Dünya futbolu

6-07-2022, 14:0

''Fatih Karagümrük''də növbəti italyan

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyiri" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • 21-07-2026, 23:0
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • 21-07-2026, 22:0
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə