Freddi Varqas "Neftçi"də!

22.07.2026 16:29 15
Ölkə futbolu
“Neftçi” ötən mövsüm komandada icarə əsasında çıxış edən Fredi Varqasın transfer hüquqlarını alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Venesuela milli komandasının üzvü ilə "2+1" illik müqavilə imzalanıb.

Varqas 2025-ci ilin yayında İsrailin “Makkabi” (Netanya) klubundan satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. 27 yaşlı ön xətt oyunçusu bu müddət ərzində 34 rəsmi matça çıxıb, 5 qol, 8 məhsuldar ötürmə müəllifi olub.