"Şəfa"dan daha bir transfer

22.07.2026 17:00 16
Ölkə futbolu
“Şəfa” daha bir transfer reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi “Vintertur”da çıxış edib. Karyerası ərzində o, Belçikanın “Patro Eysden”, “KMSK Deynze”, “La Luvyer”, Fransanın “Vol-an-Velen” və “Vaskal” klublarının da formasını geyib.