
Dünya futbolu
98
6.07.2022, 14:16
''Fatih Karagümrük''də növbəti italyan
''Fatih Karagümrük'' italyanları Türkiyə futboluna cəlb etməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, heyətində zatən 4 italyan olan və üstəlik bu ölkənin əfsanəvi ismi Andrea Pirlonu baş məşqçi postuna gətirən İstanbul təmsilçisi indi də italiyalı Matteo Riççini transfer edib. 28 yaşlı yarımmüdafiəçi buna qədər əsasən İtaliyanın aşağı liqa təmsilçilərinin şərəfini qoruyub. Onun son klubu ''Frozinone'' olmuşdu.
Qeyd edək ki, Riççidən başqa ''Fatih Karagümrük''də Viviano, Biraski, Bertolaççi və Borini kimi italyanlar var.