''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?

16.05.2022 17:03 536
Dünya futbolu
''Fənərbaxça''da baş məşqçi postuna əsas namizədə çevrilən Jorje Jezuşla rəhbərlik arasında danışıqlar davam edir.

"Football-plus.az" xəbər verir ki, gələn həftə təcrübəli portuqaliyalı mütəxəssisin ailəsi və meneceri ilə birlikdə İstanbula gələcəyi gözlənilir. Bu görüşdə son detallar müzakirə olunacaq.

Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, iki tərəf arasında müqavilənin müddəti ilə bağlı məsələdə anlaşmazlıq yaranıb. Belə ki, ''Fənər'' 67 yaşlı çalışdırıcı ilə ikiillik müqavilə imzalamaq istəyir. Jezuş isə müqaviləni yeniləmək haqqının onun özünə verilməsi şərti ilə ''1+1'' illik müqavilə tələb edir.

Gələn həftə baş tutacaq görüşdə ilk növbədə bu məsələnin, eləcə də Jezuşun illik məvacibi və komandanın yeni mövsüm üçün transfer büdcəsi müzakirə olunacaq.