Bu gün Milli Gimnastika Arenasında güləşlə bağlı maraqlı tədbir keçirildi.
Bildiyiniz kimi, güləş üzrə U17 dünya çempionatı iyulun 27-si – avqustun 2-si aralığında məhz bu idman qurğusunda təşkil olunacaq. Bu gün DÇ-yə qatılacaq yığmamızın heyəti açıqlandı, həmçinin açıq məşq və brifinq keçirildi. Bəribaşdan xatırladaq ki, mundialda ölkəmizi 29 pəhləvan təmsil edəcək.
Qızlar
40 kq. Gülxanım Şirinova
43 kq. Vəfa Orucova
46 kq. Nuray Cəfərli
49 kq. Nəzrin Əhmədli
53 kq. Fatimə Bayramova
57 kq. Qaratel Quliyeva
61 kq. Fidan Babayeva
65 kq. Rəna Nuriyeva
69 kq. Simurə Abdullayeva
Böyük məşqçi: Mariya Stadnik
Məşqçi: Rövşən Umudov
Məşqçi: Solmaz Adilova
Yunan-Roma güləşi
45 kq. Əli Cavadlı
48 kq. Ömər Salmanov
51 kq. Abdulrəhman Hüseynli
55 kq. Qurban Məcnunov
60 kq. Elmir Çərkəzov
65 kq. Orxan Həbibli
71 kq. Nadir Həsənov
80 kq. İsfahan Həsənov
92 kq. Zöhrab Səfərov
110 kq. Emin Baxşəliyev
Böyük məşqçi: Rafiq Hüseynov
Məşqçi: Kamran Məmmədov
Məşqçi: Zöhrab Abbasov
Sərbəst güləş
45 kq. Tunar Həsənov
48 kq. Hüseyn Rzazadə
51 kq. İbrahim Həsənov
55 kq. Abbas Şəfiyev
60 kq. Elcan Həsənov
65 kq. Rəşid Nazarov
71 kq. Tunar Quliyev
80 kq. Nihad Süleymanlı
92 kq. Elgün Kərimli
110 kq. Hakim Tağıyev
Böyük məşqçi: Hacı Əliyev
Məşqçi: Qırxlar Bədəlov
Məşqçi: Yaşar Əliyev
Məşqçi: Allahverdi Vəliyev
Güləş Federasiyasının baş katibi Pərvin Piriyev jurnalistlər önünə çıxdı:
“U-17 dünya çempionatında son 20 ilin rekordu qeydə alınacaq. Hər kəs Azərbaycana gəlmək istəyir. Bu, dövlətimizin idman siyasətinin nəticəsidi. Hədəfimiz həmişə yüksəkdi. Əsas hədəfimiz idmançılarımızın fiziki və mənəvi sağlamlığını qorumaqdı. Çünki bu idmançılarımızın hamısı gəncdi və yolun başlanğıcındadılar. Əsas prioritet gələcək milli komanda üçün mental və fiziki baxımdan hazırlıqlı güləşçilər yetişdirməkdi. Hədəf ən yüksək yerləri tutmaq olmalıdı. Bu yaş keçid dövrüdü. İlk növbədə güləşçinin sağlamlığı önəmlidi. Hədəf ilk sıralarda yer almaqdı, amma bizim üçün prioritet deyil. İdmançıları yuxarı yaş qruplarına hazırlamağa daha çox diqqət yetiririk. Qarşılaşdığın istənilən rəqibə qarşı qələbə qazanmaq iddiasında olmalısan. Lakin idmanın ayrılmaz bir parçası odu ki, həm də sən məğlub ola bilirsən və məğlub olduğun zaman təəssüf hissi keçirirsən. Bizim üçün bu gün keçirilən dünya çempionatında məğlub olan zaman, hansısa bir təəssüf hissi keçirdiyimiz zaman bunun ölkə ilə fərqi yoxdu. Bu, səhvlərimizdən nəticə çıxarmaq, onlardan öyrənmək üçün bir imkandı. Ona görə də bizim üçün hər hansı bir ölkəni xüsusi fərqləndirmək niyyətimiz yoxdur və belə bir yanaşmamız mövcud deyil”.
Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev də dünya çempionatına hazırlıq və yaradılan şərait barədə danışdı:
“Komandalarımıza yarışda uğurlar arzulayıram. Azərbaycan Güləş Federasiyası idmançılar üçün hər şəraiti yaradıb. Tələbələrimin tələbələrinin çempion olmasını istəyirəm. Güləşçilərimiz əzmkarlıq göstərəcəklər. Doğma arenada da bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Bu yarış güləşçilərimiz üçün bir şansdı. Qələbələri bol olsun. İnanıram ki, idmançılarımız xalqımızı sevindirəcəklər”.
17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev:
“İlk dəfə dünya çempionatında məşqçi kimi iştirak edəcəyəm. Bu, mənim üçün ağır imtahandı, amma belə bir yarış qətiyyən gözümü qorxutmur. Dünya çempionatı ilə bağlı sonuncu təlim-məşq toplanışımızı keçiririk. İki aya yaxındı milli komandanın məşqçisi təyin olunmuşam. Bu qısa müddətdə artıq üçüncü təlim-məşq toplanışımızdı. Nə qədər yaxşı hazırlaşsaq da, dünya çempionatının çox çətin yarış olduğunu bilirik. Xüsusilə güləşdə rəqiblər çox güclüdü. Rusiya, ABŞ, İran və Yaponiya güləşçiləri var. Buna baxmayaraq, komandamızın çox yaxşı hazırlaşdığını düşünürəm. İdmançılar üçün yaradılan şərait də yüksək səviyyədə olub. Fikrimcə, güləşçilərimiz yaxşı nəticələr əldə edəcəklər. Özüm idmançı kimi çoxlu dünya çempionatında iştirak etmişəm. Buna görə məşqçi kimi belə bir yarışa yollanmaq gözümü qorxutmur. İdmanda məğlubiyyət də ola bilər, amma məğlubiyyət bizi heç vaxt qorxutmur. Məqsədimiz gələcək nəsillər üçün sağlam çempionlar və olimpiya çempionları yetişdirməkdi”.