• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İcraiyyə Komitəsinin üzvləri De Byazinin şəninə təriflər yağdırırdı…

Yığma / Manşet

31-03-2023, 20:0

Avstriya və İsveçlə oyunlardan sonra futbolla az-çox maraqlanan hər kəs Canni de Byazini “yıxıb-sürüyür”.

Hamı yığmanın uğursuzluğuna görə italiyalı baş məşqçinin məsuliyyət daşıdığını, səhv seçim etdiyini, komandanı səhv taktika ilə meydana çıxardığını vurğulayır. Bəli, nəticəyə görə baş məşqçi cavabdehdi. Bu səbəbdən də De Byazinin tənqid atəşinə tutulması anlaşılandı. Məşhur atalar məsəli var: “vaxtında qızını döyməyən sonra dizini döyər”. İki ağır məğlubiyyətdən sonra tənqidə güc verənlər bilmirdilər ki, italiyalı mütəxəssislə yola çıxanda nəticə məhz belə də olacaq? Əvvəlki iki seçmə mərhələni boşa verən 66 yaşlı mütəxəssisdən nə istəyirsiz? Günah onda yox, onu milliyə “sırıyanlardadı”. Baş məşqçini kim seçir? AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvləri. Deməli, məsuliyyəti də bu şəxslər daşıyır. Yığma Millətlər Liqasında uğursuzluğa düçar olanda idman mediası De Byazi ilə vidalaşmağın vacib olduğunu yazırdı, ölkənin əsas komandasının onun rəhbərliyi altında heç nəyə nail olmayacağını bildirirdi. Ancaq İK üzvləri ictimai rəyə tüpürərək təqaüdçü italiyalıya yeni müqavilə təklif etdi. Həmin ərəfədə İK üzvlərindən bəziləri müxtəlif KİV-lərə açıqlama verərərək israrla düzgün qərar qəbul etdiklərini sübut etməyə çalışırdılar. Budəfəki yazıda həmin açıqlamaların bəzilərini sizə təqdim edirik.

Futbolumuzun başbilənləri kimi təqdim olunan İK üzvlərindən Mahir Məmmədov ötən il sentyabrın sonunda “Futbol+”ə açıqlamasında mütəxəssisə yeni anlaşma təklif etmələrini belə əsaslandırıb:

“Qəti fikrim budu ki, Canni de Byazi postunda qalmalıdı. Əvvəla ona görə ki, millinin son iki oyundakı nəticəsi gələcəyə nikbin, ümidli baxmağa əsas verir. Söhbət yalnız qələbə qazanmaqdan getmir. Hiss olunur ki, De Byazi ilə futbolçular arasında qarşılıqlı anlaşma var. Yəni meydanda vəhdət təşkil edən mübarizə görürük. İkincisi, De Byazinin bizdən maddi planda böyük tələbləri yoxdu. Az maaşla işləməyə razı olan mütəxəssisdi. Onunla daha 10 aylıq müqavilə bağlayarkən qarşısına daha az maaş veriləcəyini şərt qoyanda etiraz etmədi. Yəni italiyalı AFFA-nın hazırkı büdcəsinə uyğundu. Üçüncüsü, hazırda De Byaziyə verdiyimiz məvaciblə əcnəbi məşqçi gətirmək mümkün deyil. Yerli mütəxəssislərə də bunu təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər. Dördüncüsü, çoxları bizi qınayır ki, millinin “sükanı arxasında” yerli məşqçi dayanmalıdı. Amma acı həqiqətdi ki, hazırda ölkə miqyasında De Byaziyə yeganə alternativ Qurban Qurbanovdu. O vaxt da Qurban müəllimi milliyə baş məşqçi təyin edəndə kəskin etirazımı bildirmişdim. Söz yox ki, mən də onun xətrini çox istəyirəm, son illərdə "Qarabağ"dakı uğuruyla ölkə futbolunu dünyada tanıtması hamımızı qürurlandırır, sevindirir. Amma eyni anda iki yerdə baş məşqçi olmaq çox çətindi. Qurban müəllim işini bilən, gələcək üçün addım-addım strategiya quran və bunun bəhrəsini görən mütəxəssisdi. Biz onun rəhbərlik etdiyi "Qarabağ"ın daha böyük uğurlarını, zəfərlərini görmək istəyiriksə, ona mane olmamalı, hamılıqla dəstək olmalıyıq. Yəni "Qarabağ"da ağır, gərgin işi ola-ola, yenidən onu milliyə və ya başqa vəzifəyə irəli çəkmək lazım deyil. Beçincisi, millimizə yeni əcnəbi baş məşqçinin gətirilməsini də doğru saymıram. Çünki ölkəmizə, mentallığımıza, komandaya uyğunlaşması, çempionat oyunlarının ritmini tutması, futbolçularla ortaq dil tapması və başqa nüanslar vaxt aparacaq. Belə olan halda da ondan ciddi nəticələr gözləmək inandırıcı deyil. Ona görə də italiyalıyla yolumuza davam etməliyik. İnanıram ki, De Byazi postunda qalsa, ümidləri doğruldacaq".


Regional Futbol Feserasiyaları İctimai Birliyinin prezidenti, İK üzvü İsgəndər Cavadov isə “Report”a müsahibəsində bunları deyib:
"Bilirsiz, mən həmişə yığmaya yerli mütəxəssisin başçılıq etməsini istəmişəm. Bugünkü reallıqda yerli baş məşqçi olmalıdı. Klublarda çalışanlar o səviyyədə deyil. Amma Qurban Qurbanov millidə işləyə bilər. Bir-iki nəfər də var. Məsələn, Tərlan Əhmədovla Arif Əsədov işləyə bilər. Ümumiyyətlə, bugünkü futbolçularla işləmək çox çətindi. İstəyir "Qarabağ"dakı yerlilər gəlsin, milli komandada nəticə qazana bilmirik”.
AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov isə ötən ilin oktyarnda “Futbolpress” saytına müsahibəsində həmkarımızın “Canni De Byazi ilə müqavilə yeniləndi. Bu qərar qəbul edilərkən hansı məqamlar əsas götürüldü” sualına belə cavab verib: “Son 4 oyunda komanda 10 xal qazandı və hələ pley-off şanslarımız qalır. Komandanın oyununda inkişaf görünür. İcraiyyə Komitəsi bu məqamları nəzərə alıb qərara gəldi ki, müqavilənin müddəti növbəti seçmə mərhələnin sonuna qədər uzadılsın. İnanaq ki, Millətlər Liqasının uğurlu sonluğunun davamı orda gələcək. Bircə üstünlük bunda idi. 10 ay əvvələ qayıtsaq, şəxsən mən De Byazi ilə müqavilənin uzadılmasının əleyhinə idim. Çünki komandada olan ab-hava, nəticələr onu göstərirdi ki, durum o səviyyədə deyil. Millətlər Liqasında start bərbad olsa da, komanda toparlana bildi və azarkeşləri ümidləndirdi. Yekunda lazım olan müsbət nəticə əldə olundu. Onun davamı kimi biz də fikirləşdik ki, təki elə olsun, De Byazi yığma komanda ilə uğurlu nəticələri davam etdirə bilsin”.


Bu açıqlamalar uzaq keçmişdə yox, cəmi 4-5 ay öncə olub. 2022-ci ilin sentyabr-oktyabr aylarında ölkə futbolunun başında dayananlar Canni de Byazinin şəninə tərif yağdırırdı, millidəki inkişaf haqda bəh-bəhlə danışırdı. Nə oldu, cənablar? İndi başa düşürsüz ki, seçim yanlış olub? Hələ də gec deyil. İtaliyalını yola salın, yeni məşqçi axtarışına çıxın. Yerli və ya əcnəbi - fərq etmir, əsas odu ki, De Byazi ilə vidalaşın. O postunda qalacağı halda hələ çox biabır olacağıq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet / Günün xəbəri

9-10-2022, 12:0

De Byazi seçim qarşısında: İtaliyalı üçün yeni siyahı hazırlanır

Aktual / Manşet

7-04-2022, 16:0

Zaur Ramazanov: “De Byazini yığmadan qovmaq lazımdı” - AÇIQLAMA

Aktual / Yığma

31-03-2023, 12:0

De Byazi İtaliyada bayram qeyd edir, AFFA onun hesabatını dinlədikdən sonra qərar verəcək

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə