“Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev

14.08.2026 22:24 65
Ölkə futbolu / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının yeni mövsümünün ilk turunda evdə "Qəbələ”yə qalib gəldi - 1:0.

"Football-plus.az" meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Təxmin etdiyimiz kimi oldu, ilk oyun çətin keçdi. Şadam ki, qələbə qazandıq. Başlanğıc üçün vacib qələbə oldu.

- Tavareşlə Balaunun komandaya uyğunlaşması necə idi?
- Yaxşı ki komandaya cəlb olundular. Balau gəldiyinə görə çox şadıq. Onun gəlişi rəqabətin güclü olacağından xəbər verir.

- Vaci ilə Batistanın durumu necədi?
- Batistanın durumunu MRT-dən sonra biləcəyik. Vaci isə məşq zamanı zədə aldı. Ümid edirik ki, tez bir zamanda qayıdacaq.

- Oyun ərzində iki futbolçunuz zədələndi. Təlim-məşq toplanışının ağır keçməsi ilə bağlıdı?
- Arxadan və qabırğaya zərbə vururlarsa, bu nə ilə bağlı olur? Arxadan zərbə atılanda ayağı burxuldu.

- İki ildi avrokuboklara görə “Turan Tovuz” camiəsində küskünlük var. Komandanı necə toparlaya bildiz?
- Bu sual mənə ünvanlanmamalıdı. Biz də qərara uyğun hərəkət etməyə məcburuq.

ƏSƏD SEYİDOV