Doğma klubuna sadiq qaldı

27.08.2026 11:00 16
Dünya futbolu
Lorentso Pelleqrini klubuna sadiq qalıb.

"Football-plus.az" xəbər verir ki, o, “Roma” ilə müqaviləsinin müddətini uzadıb. Paytaxt təmsilçisinin rəsmi saytının məlumatına görə, 30 yaşlı futbolçunun yeni sözləşməsi “1+1 il” sxemi ilə rəsmiləşib.

Lorentso “Roma”nın yetirməsidi. O, 2015/16 və 2016/17 mövsümlərində “Sassuolo”da çıxış edib. 2017-ci ildən isə karyerasını “Roma”da davam etdirir.