"Qəbələ" Misli premyer-liqasının 1-cı turu çərçivəsində səfərdə "Turan Tovuz”a məğlub oldu - 0:1.
"Football-plus.az" xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Avrokuboklarda mübarizə aparan “Sabah”la “Qarabağ”a uğurlar arzulayıram. Oyun baxımından yaxşı mübarizə getdi. İlk hissədə səhvə yol verdik və rəqib fərqləndi. Qoldan sonra “Turan Tovuz”un təhlükəli epizodları olmadı. Son zərbələrdə soyuqqanlılıq çatmırdı. Biz bu heyətlə ilk oyunumuzu keçirirdik. Yoldaşlıq oyunlarında fərqli heyətlə mübarizə aparırdıq. Komandada potensial gördüm. Növbəti oyunlarda daha yaxşı nəticələr görə bilərik. Azarkeşlərimizə təşəkkür edirəm.
- Müasir futbolda çox az olur ki, iki hücumçu ilə oynayırlar. Məcburiyyətdən atılmış addım idi?
- Hücum heyəti qoymuşduq. Bruno Silva bir həftədi gəlib. Fiziki baxımdan tam hazır deyil və əvəzlədik. Yaxşı futbolçularımız var. Fərqli sistemdə oynaya bilərik. İki hücumçu ilə oynamağımız düzgün idi.
- Ehtiyatda akademiyanın yetirmələri var. Legioner axtarışı gedirmi və maddi durum buna imkan verirmi?
- Gənc futbolçularımızı heyətə daxil etmişik. Ötən mövsümdə də onlara şans verdik. Maddi mənada bonus qazandıq. Yeni oyunçular daxil etməliyik. Güclənməyə də ehtiyac var.
- Ötən mövsümdən çıxarılan nəticədi ki, start heyətində bir yerli oyunçu var idi?
- Yerli futbolçulara da şans verəcəyik. Bu gün belə qərar verdik. Bundan sonrasına mövsümün gedişinə uyğun qərar verəcəyik.
- Səbuhi Səfiyarlı açıqlamasında bildirib ki, bu mövsüm üçün hədəfimiz elitada qalmaqdı. Siz bu barədə nə düşünürsüz?
- Komandada potensial gördüm. Ümid edirəm ki, çox yaxşı təsir bağışlayacağıq. Hər oyunda 3 xal üçün döyüşəcəyik.
ƏSƏD SEYİDOV