Radek Vitek yeni mövsümdə də klubuna gərək olmayıb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in qapıçısı “Midlsbro”ya transfer olunub. 23 yaşlı Radek ötən mövsüm “Bristol Siti”də icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 54 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.
Vitekin 6 il “Mançester Yunayted”də çıxış etdiyini də bildirək. “Transfermarkt” onun bazar dəyərini 6 milyon avro qiymətləndirir.