Konfrans Liqasının pley-offunda “Qarabağ”a rəqib olan “Tvente” 3-cü təsnifat mərhələsində Slovakiyanın DAK-1904 klubunu məğlub edib.
Niderlandlılar evdəki ilk oyunda rəqibi darmadağın edib (6:0), dünən keçirilən cavab oyununda isə heç-heçə ilə kifayətlənib – 3:3. Maraqlıdı ki, dünənki oyunda DAK-1904-ün 3-cü qolunu vuran və komandasını irəli çıxaran (düzdü, “Tvente” 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib) futbolçu bizə yaxşı tanışdı. Söhbət ötən mövsüm “Qəbələ”nin şərəfini qoruyan qanalı forvard Prins Ovusudun gedir. Prins cavab oyununun 63-cü dəqiqəsində meydana çıxıb və 88-ci dəqiqədə fərqlənib.
Və daha bir maraqlı məqam: Slovakiya klubunun almaniyalı baş məşqçisi Robert Klauss ilk oyunda Ovusuya bir dəqiqə də şans verməyib, əvvəldən axıra qədər ehtiyatda saxlayıb!
ORXAN