“Sabah” 2026/27 mövsümündə avrokubokların təsnifat mərhələsində ən çox qələbə qazanan komandadı.
“Football Meets Data”nın təqdim etdiyi statistikaya əsasən, bu mövsüm UEFA turnirlərinin təsnifatında indiyədək 181 klub mübarizə aparıb.
Onlardan yalnız “Sabah” 5 qələbə qazanmağı bacarıb. Təmsilçimiz Çempionlar Liqasında keçirdiyi 6 matçın 5-də qalib gəlib, 1-də məğlub olub.
Beləliklə, “Sabah” 181 klub arasında qələbə sayına görə vahid liderdi.