"Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO

14.08.2026 13:42 16
Ölkə futbolu
"Xankəndi" 2026/27 mövsümü ilə əlaqədar idarəetmə və təşkilati struktur üzrə hazırlıq işlərini davam etdirir.

"Football-plus.az" xəbər verir ki, klubun qarşıdakı mövsüm üçün müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, idarəetmədə sabitliyin qorunması və əvvəlki mövsümlərdə formalaşmış iş prinsiplərinin davam etdirilməsi məqsədilə qərar qəbul olunub.

Buna əsasən, Elnur Məcidov "Xankəndi"nin icraçı direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək.

"Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat


Elnur Məcidov ötən mövsümlərdə klubun formalaşması, inkişaf mərhələləri, təşkilati işlərin qurulması və idarəetmə proseslərində mühüm rol oynayıb. Onun rəhbərliyi ilə klubun qarşısında duran əsas vəzifələrdən biri olan peşəkar idarəetmə modelinin daha da təkmilləşdirilməsi, infrastrukturun inkişafı, idman nəticələrinin yüksəldilməsi və uzunmüddətli hədəflərin həyata keçirilməsi istiqamətində işlər davam etdiriləcək.

"Xankəndi" 2026/27 mövsümündə daha yüksək məqsədlər uğrunda mübarizə aparmaq, klubun brend dəyərini artırmaq və Azərbaycan futbolunda layiqli mövqe qazanmaq istiqamətində fəaliyyətini davam etdirir.