“Araz-Naxçıvan” daha iki futbolçu ilə müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, Naxçıvan təmsilçis Qabil Əlizadə və Nihat Mehralievlə 1 illik müqavilə imzalayıb.
21 yaşlı Nihat Mehraliev hücuma meyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu U-21 millimizin heyətində 2 oyunda meydana çıxıb.
25 yaşlı Qabil Əlizadə də hücuma meyilli yarımmüdafiəçidir. O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in də formasını geyib.