"Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq

14.08.2026 15:03 20
Ölkə futbolu
2026/27 mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail”in qonşu ölkədə keçirəcəyi ilk yoxlama oyununda dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Bayıl təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda bu gün yerli saatla 17.00-da (Bakı vaxtı ilə 18.00) Şimali Kiprin TOL klubu ilə üz-üzə gələcək. Qarşılaşma “Bolu Termal Hotel”in stadionunda baş tutacaq.