Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ

14.08.2026 13:47 7
İdman
Almaniyanın Frankfurt şəhərində keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatında təmsilçimiz Fidan Qurbanlı çıxışını başa vurub.

"Football-plus.az" xəbər verir ki, 12–16 avqust tarixlərində təşkil olunan yarışda dünyanın müxtəlif ölkələrindən 300-ə yaxın gimnast iştirak edir.

Fidan Qurbanlı fərdi proqramda halqa, top, gürzlər və lentlə çıxış edib. Gimnastımız çoxnövçülük üzrə ümumilikdə 75,350 xal toplayaraq yekun sıralamada 43-cü pillədə qərarlaşıb.

Çempionat Frankfurtun məşhur “Festhalle” arenasında keçirilir.