Cəlalın komandası qələbə qazandı

15.08.2026 10:06 17
Dünya futbolu
Rumıniya çempionatında 5-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” səfərdə “Voluntari”nin qonağı olub. Görüş müdafiəçimizin komandasının qələbəsi ilə (2:1) başa çatıb.

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cəlal 81-ci dəqiqədə meydana çıxıb.

"Petrolul" 9 xalla 2-ci pillədə qərarlaşıb.