Buyurun, indi ən parlaq nümunəni təqdim edəcəm. Deməli, Azərbaycan səviyyəsində yetərincə məşhur olan Asim Xudiyev Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində dünən Albaniyanın Proqojine şəhərində keçirilən “Eqnatiya” – “Şemrok Rovers” oyununa (5:1) hakim-inspektor kimi təyinat alıb.
Asim bəy Albaniyaya yollanarkən “Eqnatiya”nın heyətində azərbaycanlı futbolçu olduğunu bilirmiş. Məncə, bu məqamda dayanmağım və sözü Xudiyevin özünə verməyim yerinə düşər:
“Dünən keçirilən “Eqnatiya” – “Şemrok Rovers” oyunu ərəfəsində bizim millinin oyunçusu Zamiq Əliyevlə qısa görüşümüz oldu. Bunu da ev sahiblərinin rəsmi nümayəndəsinin təşəbbüsü oldu ( mənə bildirdi ki, sizin ölkədən oyunçunuz bizdə cıxış edir). Fikrimcə, Zamiqlə tanışlığımız olmadığına görə əvvəlcə məni tanımadı, amma oyundan sonra onda mənim haqqımda məlumatı olduğunu mənə söylədi. Zamiq "ilk 11-lik"də yox idi, amma 2-ci hissədə oyuna daxil olaraq çox yaxşı müdafiəçi olduğunu sübut etdi. Oyundan sonra onu qələbə münasibəti ilə təbrik, yeni uğurlar arzu etdim və o mənə rəsmi oyun geyimini hədiyyə kimi verdi. Məndə olan məlumata görə, klubun rəhbərliyi bizim oyunçudan çox razıdı”.
ORXAN
P.S. Çox qəribə mənzərədi: beynəlxalq dərəcəli hakim-inspektor baxdığı oyunda komandalardan birinin heyətində azərbaycanlı futbolçu olduğunu bilmir, o da ömrü futbolda keçən həmvətəninin varlığından xəbərsizdi!





