"Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov

14.08.2026 15:06 18
Ölkə futbolu
Murad Məmmədov "Pafos"un heyətində qol hesabını açıb.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı vinger bunu Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Zaltsburq"a qarşı (3:3) cavab görüşündə edib.

Futbolçu bu barədə sosial şəbəkə hesabında post paylaşıb:

"Hər şeydən əvvəl Allaha təşəkkür edirəm. Bizə dəstək olan hər kəsə minnətdaram. Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik. Amma yolumuza davam edəcəyik. İrəli, "Pafos".

"Pafos" mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.