Anxelinyo İtaliyanın paytaxtını tərk edib.
"Football-plus.az" xəbər verir ki, “Deportivo” “Roma”nın müdafiəçisini icarəyə götürüb. 29 yaşlı futbolçu ilə imzalanan icarə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdi. Müqaviləyə ispan oyunçunu satın almaq hüququ da daxil edilib. Müdafiəçinin “Roma” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
Anxelinyo paytaxt komandasının heyətində keçirdiyi 80 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. O, daha əvvəl “Leyptsiq”, “Hoffenhaym”, PSV, “Breda”, “Mançester Siti”, “Qalatasaray” və “Malyorka”da çıxış edib.