Liverpula yollanmağa yaxındı

28.08.2026 20:00 24
Dünya futbolu
Bredli Barkolya komandasını dəyişməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” PSJ-nin vingeri ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Hazırda klublar transferin məbləği ilə bağlı danışıqlar aparırlar. PSJ-nin futbolçu üçün tələbinin hələ də yüksək olduğu bildirilir.

Bir müddət əvvəl “Liverpul”un Barkolya üçün 115 milyon avro təklif etməyə hazır olduğu, PSJ-nin isə 22 yaşlı futbolçunu 150 milyon avrodan yüksək qiymətləndirdiyi haqda məlumat yayılmışdı.