İdmançımız 1/4 finalda - AÇ

14.08.2026 14:45 9
İdman
Almaniyada keçirilən böyüklər arasında Avropa çempionatında debüt edən paracüdoçumuz Hüseyn İsmayılzadə uğurlu çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, 17 yaşlı idmançımız (J2, 70 kq) 1/8 finalda Böyük Britaniyanı təmsil edən Jimmy Aldersonla qarşılaşıb.

Hüseyn rəqibinə ipponla qalib gələrək adını 1/4 finala yazdırıb.

Beləliklə, Avropa çempionatında debüt edən Hüseyn İsmayılzadə mübarizəni davam etdirir.