• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İki il “Liverpul”da, ondan sonra da bir il PSJ-də məşq edib... - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

15-03-2023, 18:0

Azərbaycanda uzun illərdi hamının danışdığı bir problem var – uşaq futbolu.

Müxtəlif yaş qrupu üzrə yığmaların, ölkənin əsas komandasının az qala hər uğursuzluğundan sonra uşaq futbolu yada düşür. Saç-saqqalını bu sahədə ağardan veteranlar, futbolu dünən-srağagün bitirənlər, özünə mütəxəssis deyib ağızdolusu danışanlar hər uğursuz tsikldən sonra “gəlin, bunlardan imtina edib, səviyyəli futbolçular yetişdirək” deyirlər. Amma bir qədər sonra hansısa təsadüfi uğur əldə edən kimi bu mövzu yenə yaddan çıxır. Və beləcə, aylar həftələri, illər isə ayları əvəz edir. 5-6 il əvvəl kimi dindirirdin, maddi-texniki bazanın zəifliyini, maliyyə çatışmazlığını qabardırdı. İnventar çatışmazlığını, infrastrukturun istənilən səviyyədə olmadığını söyləyirdi. Bu üzdən futbolçu yetişdirməyin çətin olduğunu qeyd edirdi. İndi yetərincə çox stadion da var, inventar da. Ancaq nə sirdisə, yenə uşaq futbolunda vəziyyət, yumşaq desəm, istənilən səviyyədə deyil. Arada özlüyümdə düşünürəm, bəlkə problem nə inventarda, nə infrastrukturda, nə də uşaqlardadı? Bəlkə məşqçilərimiz istənilən səviyyədə deyil? Maşallah, gündən-günə C, B, A kateqoriyası alan mütəxəssislərin sayı çoxalır. Kimlə söhbət edirsən, AFFA-nın məşqçi kurslarını oxuduğunu, bunu sübut edən diplomunun olduğunu deyir. Hələ bir az da adama minnət qoyub futboldan anlayışının olmadığını sübut etməyə çalışır. Ancaq diplomlu qardaşlar başa düşmür ki, hər oxuyandan Molla Pənah Vaqif olmadığı kimi, 15 günlük kursa qatılıb diplom almaqla da məşqçi olmaq mümkün deyil. Məşqçi olmaq, uşaq yetişdirmək üçün xüsusi istedad lazımdı.

Uşaq məşqçilərindən söz düşmüşkən, bir hadisəni sizə nəql etmək istəyirəm. Bu yaxınlarda küçədə bir tanışımla üz-üzə gəldim. Qardaş idman yazarı olduğumu bildiyindən başına gələn hadisəni mənə danışmaq istədi. Tələssəm də, etika xatirinə onu dinləməyi özümə borc bildim. Deməli, övladının 7 yaşı var. Topa olan həvəsini görən ata oğlunu futbola yazdırmağa qərar verib. Bu məqsədlə adını çəkmək istəmədiyim akademiyalardan birinə yollanıb. Həmin yaş qrupunda çalışan məşqçinin kimliyini öyrənəndən sonra ədəb-ərkanla onunla görüşüb. Və gəlişinin məqsədini deyib. Sizcə, məşqçinin ilk sualı nə olub? Yəqin ki, siz də mənim kimi eşidəndə şoka düşəcəksiz: “uşaq bu günə kimi harda oynayıb?” Tanışım da qayıdıb ki, “iki il “Liverpul”da, ondan sonra Fransaya köçdüyümüzdən bir il də PSJ-də məşq edib”. Məşqçi valideyinə “məni dolamısan” deyincə, 7 yaşlı uşağın atası “mən səni yox, sən məni dolamısan. 7 yaşında uşaq harda oynaya bilər?! Onu sizin yanınıza gətirmişəm ki, futbolun sirlərini bu məktəbdə öyrənsin” cavabını verib. Təsəvvür edirsiz, uşaq məşqçisi 7 yaşlı uşağın indiyədək harda oynadığını soruşur... Belə nümunələr, bundan da betərləri çoxdu.

Tanışım həmin gündən futbola tüpürüb uşağını cüdoya yazdırdığını söylədi və ardınca da “sonra da deyirsiz ki, futbol niyə inkişaf etmir. İnkişaf istəyirsizsə, kağız parçası, tapşırıq ilə bu sahəyə gələn təsadüfi məşqçiləri futboldan uzaqlaşdırın. Ondan sonra inkişaf da olacaq, Avropada oynayan futbolçumuz da” deyib, sağollaşdı. Onun sözlərində həqiqət payı böyük idi. Vidalaşandan sonra gözümün qabağına Gəncədən Kostya Abramenko, Sumqayıtdan Tofiq Rzayev gəldi. Görəsən, ölkə futboluna onlarla futbolçu bəxş edən rəhmətliklər indi çalışsaydılar, 7 yaşlı uşaqdan indiyə kimi harda oynadıqlarını soruşardılar?

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-01-2023, 19:0

"Uşaq futbolu arzuolunan durumda deyil"

Premyer-liqa / Manşet

5-02-2023, 22:0

Mütəxəssislər İlqar Qurbanovun fikirlərinə münasibət bildirdi

Manşet / Müsahibə

22-06-2022, 21:0

Elşad Əhmədov “Neftçi”nin uğursuz çıxış etdiyini düşünmür - MÜSAHİBƏ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 149
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə