Bu komandalar niyə arzuladığı nəticələri qazana bilmədi? Bu sualla təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Qarabağ"ın rəqibi zəif deyil. ÇSKA-ya hörmətlə yanaşmaq lazımdı. Həm müdafiə, həm də hücum xəttində nə etmək istədiyini bilən komandadı. Çox diqqətli, aqressiv oynayırlar. Çox yaxşı əks-hücumlar qura bilirlər. Ümumiyyətlə, bu komandada həm balans, həm də komplektləşmə yüksək səviyyədədi. İlk oyunda ərazi üstünlüyü "Qarabağ"da oldu. Ancaq hər iki komanda, demək olar, bərabər səviyyədə oynadı. Ağdamlıların heyətində ciddi dəyişikliklər olub. Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür. Komanda həm də oyun təcrübəsi sarıdan əziyyət çəkir. Məncə, komandamızın şansı yüksəkdi. "Qarabağ" səfərdə daha rahat oynayacaq. "Zirə"yə gəlincə, məncə, bu komanda daha çox kəşfiyyat xarakterli oyun oynadı. İnanıram ki, bu komanda da növbəti mərhələyə adlaya biləcək. Düzdü, ilk oyunda bir qol buraxdılar. Ancaq səfərdə oynayırdılar. Fikrimcə, ikinci matç daha fərqli məcrada keçəcək. "Zirə"nin buna gücü çatacaq".
KƏNAN BAHADIR





