İngiltərə klubunu tərk etdi

1.08.2026 16:06 10
Dünya futbolu
“Everton” yarımmüdafiəçi İdrissa Qeyenin komandadan ayrıldığını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəsmi saytının məlumatına görə, 36 yaşlı seneqallının müqaviləsinin müddəti başa çatıb və tərəflər anlaşmanı yeniləməmək qərarına gəliblər.

Qeye 2016-19-cu illərdə “Everton”da çıxış etdikdən sonra 3 mövsüm PSJ-nin formasını geyib və yenidən İngiltərə klubuna qayıdıb. O, Liverpul təmsilçisinin heyətində ümumilikdə 236 oyunda 10 qol vurub, 11 məhsuldar ötürmə edib.