Millimiz Qazaxıstana qalib gəldi

27.07.2026 13:01 16
Ölkə futbolu
Çimərlik futbolu üzrə millimiz Bakıdakı təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Qazaxıstan yığması ilə qarşılaşıb.

Oyun Azərbaycan millisinin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sahib Məmmədov 5 qol vurub, Orxan Məmmədov və Mirmövsüm Caniyev hərəyə bir dəfə fərqlənib.