Kamal Umudluya UEFA-dan təyinat

27.07.2026 11:36 4
Ölkə futbolu
FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

İyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.