• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elşad Əhmədov “Neftçi”nin uğursuz çıxış etdiyini düşünmür - MÜSAHİBƏ

Manşet / Müsahibə

22-06-2022, 21:0

“Neftçi”nin əsas heyəti kimi, aşağı yaş qrupları üzrə komandaları üçün də son mövsüm uğursuz oldu.

Təbii ki, fərqli yaş qrupu üzrə liqalarda gümüş və bürünc medallar qazanıldı. Lakin “Neftçi” üçün çempionluqdan başqa nəticə uğur sayılmır. Əsas komandanı başa düşdük, “Qarabağ”dan güc olaraq geri qaldı. Bəs aşağı yaş qruplarından vəziyyət niyə yaxşı deyil? Niyə heç bir komanda çempion ola bilməyib? Bunun günahkarı kimdi? Təbii ki, bu işlərə nəzarət edən şəxs Elşad Əhmədovdu. 2021-ci ilin iyulundan “Neftçi” Futbol Akademiyasının əlaqələndiricisi vəzifəsində çalışan PRO kateqoriyalı mütəxəssislə əlaqə saxlayıb, uğursuzluğun səbəbini soruşduq. 51 yaşlı mütəxəssis “Neftçi”nin müxtəlif yaş qrupları üzrə komandalarının çıxışını qənaətbəxş adlandırdı, akademiyanın əsas hədəfinin yaxşı futbolçu yetişdirmək olduğunu dilə gətirdi.

- 2021/22 mövsümünü "Neftçi" akademiyası üçün necə qiymətləndirirsiz?
- Fikrimcə, son “futbol ili”ni “Neftçi” akademiyası üçün qənaətbəxş saymaq olar. Düzdü, heç bir komandamız çempion ola bilmədi. Çoxları üçün bu qənaətbəxş olmaya bilər. Lakin biz finallarda çempion olan komandalardan oyun olaraq geri qalmadıq. Düşünürəm ki, bütün komandalarımız performans olaraq yaxşı çıxış etdi. 4 yaş qrupu üzrə komandamız gümüş medalların sahibi oldu. Yenə deyirəm, həm aşağı, həm də yuxarı yaş qrupu üzrə komandalarımız yaxşı oyun nümayiş etdirdilər.

- Heç bir yaş qrupunda çempion olmamağın səbəbini nədə görürsüz ?
- Vallah, “Neftçi”də uşaq futbolunda nəticədən daha çox, uşaqların inkişaf etməsi tələb olunur. Şəxsən mən də bunun tərəfdarıyam. Düzdü, çempion olsaydıq, daha yaxşı olardı. Amma bunu bacarmamağımız fəlakət deyil. Əsas odu ki, uşaqlar inkişaf etsin. Çempion olmamağımızın səbəbini nədəsə görmürəm. Biz kubok dalınca düşməmişik. Yenə deyirəm, əsasən futbolçuların inkişafını istəyirik. Allaha şükürlər olsun ki, bunu da bacarırıq. Hər şey göz qabağındadı. Aşağı yaş qrupu üzrə milli komandalara dəvət alan “Neftçi”nin yetirmələrini görə bilərsiz. U-15, U-16, U-17 və U-19-da görün nə qədər futbolçumuz var.

- Nəticələrə görə məşqçilər korpusunda hansısa dəyişiklik ola bilər?
- Yenə deyirəm, biz nəticəyə görə nəsə etmirik. “Neftçi” üçün bunun o qədər də əhəmiyyəti yoxdu. Əsas məqsədimiz odu ki, futbolçularımız yaxşı oyun nümayiş etdirsinlər. Bunun müqabilində inkişaf etsinlər. Amma dəyişikliklər olacaq. Hansısa yaş qrupunda yerdəyişmə gözlənilir. Mümkündü ki, hansısa məşqçi işdən azad edilsin. Klub rəhbərliyi ilə bu barədə söhbətimiz olub. Yaxın 3-4 gün ərzində onlar haqda qərar veriləcək. Bu futboldu, hər an hər şey ola bilər. Məşqçi isə həmişə bu dəyişikliklərə hazır olmalıdı. Ola bilər ki, bir gün U-13-də işləsin, sabah U-15-də. Bu dəyişikliklər həmişə olub və olacaq.

- Nəticələr pis olsa da, həmin yaş qrupunda prespektivli futbolçular var?
- Vallah, nəticələrimiz pis deyil. U-16 komandamız çempionatda gümüş medal qazanıb. Bizim üçün bu normaldı. Bu yaş qrupunda elə futbolçular var ki, milliyə namizəddilər. Çoxu gələcəkdə “Neftçi”nin əsas komandasında oynaya bilər. Onların bu potensialı var. Sözün əsl mənasında bu komanda çox yaxşı futbolçulardan formalaşıb. Bizim 8-9 yaş qrupu üzrə komandamız var. “Hamısı çempion olmalıdı” deyə bir şey yoxdu. 3-4 yaş qrupu üzrə komandamız var ki, onlara daha çox üstünlük veririk. Düşünürük ki, həmin komandalardan kimlərsə gələcəkdə bizə xeyir verə bilər. Onların adını çəkmək istəmirəm. Çünki gəncdilər. Bu məqam inkişaflarına mane ola bilər.

- Son mövsümdə sabiq klubunuz "Sabah" 5 yaş qrupunda çempion oldu. Bunun səbəbi nədi?
- “Sabah”ın 5 yaş qrupu üzrə çempion olması bir günün işi deyil. Onlar 2017/18 mövsümündə rayonlardan nə qədər uşağı akademiyalarına cəlb etdilər. Həmin futbolçuların çoxu hazırda Bakıda bazada qalır. Yəni loru dildə desəm, onlarda akademiya “xoddanmağa” başlayır. Bu sevincidirici məqamdı. İnşallah, bizim də akademiyamız tam hazır olandan sonra rayonlardan, bölgələrdən futbolçular seçib gətirəcəyik. Ondan sonra “Neftçi”nin də bu istiqamətdə nəticələri olacaq. “Sabah”ın isə uğruna nəsə deməyin adı yoxdu. Onlar son 4-5 ilin əziyyətinin bəhrəsini görürlər. Amma oyun olaraq nə qədər yaxşı və ya pis çıxış etdiklərini gələcək göstərər. “Sabah”ı bu uğur münasibətiylə səmimi qəlbdən təbrik edirəm.

- Akademiyanın binasının tikilib təhvil verilməməsinin bu uğursuzluqda rolu var?
- İnşallah, dekabra qədər işlər yekunlaşacaq. Amma bu, o demək deyil ki, akademiyanın binası olan kimi hər şey düzələcək. İşləmək, futbolçuların inkişaf üçün çalışmaq lazımdı. Məşqçilərin maarifləndirilməsi yüksək səviyyədə olmalıdı. Çalışdırıcılar uşaqları yaxşı öyrətməlidi. Aşağı yaş qruplarında çıxış edən futbolçuların valideynlərini maarifləndirmək lazımdı. Uşaq futbolunda o qədər problem var ki... Hamısını yavaş-yavaş aradan qaldırmaq lazımdı. Bunlar həll olunandan sonra sizin üçün uğursuzluq sayılan proseslər baş verməyəcək. Yenə deyirəm, akademiyanın binasının inşası başa çatandan sonra “ancaq çempion olacağıq” deyə bir şey yoxdu.

- Fərid Yusifli ötən mövsüm "Neftçi"nin əsas gənc futbolçularından biri idi. Bu il akademiyadan kimi əsas komandada görə bilərik?
- Təkcə Fərid Yusifli yox, Ramin Nəsirli də akademiyanın yetirməsidi. Uzun müddətdi əsas heyətdə oynayan İsmayıl Zülfüqarlı da öz uşağımızdı. Amma onu düz deyirsiz ki, bu il seçilən əsasən Fərid Yusifli oldu. Əlbəttə, çalışırıq ki, əsas komandaya layiqli futbolçular yetişdirək. Belə oyunçularımız da var. Həm U-17, həm U-19 komandalarımızda çıxış edən futbolçular kifayət qədərdi. Yenə deyirəm, onların adını çəkmək istəmirəm. Birini desəm, mütləq şəkildə o birini də vurğulamalıyam. Qabiliyyətli, yüksək keyfiyyətli futbolçularımız var ki, gələcəkdə onların bəhrəsini görəcəyik. İnşallah, çoxu əsas komandada çıxış edib, “Neftçi”nin uğur qazanmasında pay sahibi olacaq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-06-2022, 17:0

“Neftçi” “Xəzər Lənkəran”ın əfsanəvi futbolçusunu baş məşqçi olaraq gətirir - ÖZƏL

Aktual
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
Son xəbərlər
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Dünən, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Dünən, 10:00
    Karyerasını başa vurdu
  • Dünən, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 207
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 189
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 162
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə