Luka Erlayn Almaniyada klubunu dəyişib.

26.07.2026 23:51 17
Dünya futbolu
“Bayer-04” müdafiə xəttini onunla gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Leverkuzen klubu onu “Hoffenhaym”dan transfer edib.

Almaniyalı futbolçu üçün 2 milyon avro təzminat ödənilib. 19 yaşlı sağ cinah müdafiəçisi ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Almaniyanın U-19 yığmasının üzvü olan Luka “Hoffenhaym”ın ikinci komandasında çıxış edirdi.