Abduqodir Xusanov “Mançester Siti” ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, Özbəkistan yığmasının müdafiəçisi yeni müqavilə imzalayıb. 22 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi isə 2029-cu ilin yayında qüvvədən düşməli idi.
Xusanov MS-yə 2025-ci ilin yanvarında “Lans”dan keçib. O, ötən müddətdə bütün turnirlərdə 47 oyuna çıxıb, 1 qol vurub. Müdafiəçi İngiltərə kuboku və Liqa kubokunu qazanıb.