"Turan Tovuz" Türkiyə klubuna qarşı

27.07.2026 10:18 15
Ölkə futbolu
Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyənin “Fatih Karagümrük” klubu ilə qarşılaşacaq. 1-ci liqa təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində artıq bir oyun keçirib. Komanda İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.