“Mançester Siti”dən ayrıla bilər

27.07.2026 13:33 33
Dünya futbolu
Mateo Kovaçiç bu yay klubunu dəyişə bilər.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi “Nottingem Forest”in hədəfinə düşüb. İngiltərə klubunun 32 yaşlı xorvatiyalıya görə MS-yə təklif irəli sürəcəyi xəbər verilir. Kovaçiçlə “Aston Villa”, “Milan” və “Yuventus” da maraqlanır.

Mateo ötən mövsüm “Mançester Siti”nin heyətində 9 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.