• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt”ı zirzəmiyə salan səbəb - KÖŞƏ

Ölkə futbolu / Yazarlar

2-03-2023, 14:0

Rusiyanın böyük şəhərlərindən birində eyni rayondan olan iki azərbaycanlı üz-üzə gəlir. Bir-birinin kefini soruşandan, alverin necə getdiyini öyrənəndən sonra biri o birinə “rayona yenə yağış yağmır, quraqlıq bütün əkini zay edəcək” deyib, kənddəkilərdən nigaran qaldığını bildirir. Həmyerlisi onun bu sözlərindən sonra bir qədər fikrə gedir, özünü ağıllı göstərmək üçün “sən burda, mən burda, yağış kimin üzünə yağsın” söyləyir.

Neçə vaxtdı Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunun açılışını gözləyirik. Az qala yarım milyon əhalisi olan şəhərin komandasının 1326 yerlik “Kapital Bank Arena”da çıxış etməməli olduğunu vurğulayırıq. Vaxtaşırı “Mehdi Hüseynzadə”nin direktoru Nadir Quliyevi arayıb stadionun nə vaxt açılaşacağını soruşuruq. Yaxşı ki, Rusiyadakı azərbaycanlının həmyerlisinə dediyi sözləri bizə söyləmir. Stadion kimin üzünə açılsın?!

Premyer-liqada 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşan əsas komandanın, yoxsa birinci divizionda 15 komanda arasında 15-ci olan əvəzedicilərin üzünə? Bəli, 2021-ci ildən, daha dəqiqi, Aleksey Baqanın gəlişindən “Sumqayıt” üzüaşağı yuvarlanır. Belaruslu mütəxəssis 2021-ci il dekabrın 30-na təsadüf edən təqdimat mərasimində “biz yeni komanda formalaşdırırq” söyləyib, yayda daha iddialı komanda görəcəyimizi bildirmişdi. Ancaq yazı payız, payızı qış, qışı da yavaş-yavaş yaz əvəzləyir. Ortada nə iddialı komanda görürük, nə də bunu görəcəyimizə dair bir siqnal. Heç mövsümün gedişində Baqanın əvəzinə “sükan arxasına” dəvət olunan Samir Abasov da “Sumqayıt”ı “qara zolaq”dan çıxara bilmir. Samir bəy məşqçi kimi nəyə qadir olduğunu 8 ildən sonra “Neftçi”ni çempion etməklə göstərib. Onun savadına, müasir futbolun incəliklərinə bələd olduğuna şübhəm yoxdu. Abasovu yaxından tanıyan biri kimi bunu əminliklə söyləyə bilərəm. Bəs onda komanda niyə uçurumun biraddımlığında, turnir cədvəlinin zirzəmisindədi?

Belədə, heç şübhəsiz, bütün məsuliyyət futbolçuların üzərinə düşür. Düzdü, futbolda nəticəyə görə məsuliyyəti baş məşqçi daşıyır. Ancaq Aydın Bayramov meydanın mərkəzindən qol buraxırsa, Elvin Bədəlov 5 metrə ötürmə verə bilmirsə, Vüqar Mustafayev əvvəlki günlərinin - döyüşkən, mübariz Vüqarın kölgəsini xatırladırsa, buna baş məşqçi nə etsin?

Legionerlərdən, ümumiyyətlə, danışmağa dəyməz. Alya Ture ötən yay komandaya qoşulsa da, “Sumqayıt”a zərrəcə faydası dəyməyib. Alyanı gələn gündən dizində buz gəzən görürük. Elə bil Afrikada istidə yandığı günlərin əvəzini çıxır. Deyilənə görə, qvineyalı futbolçu “kimyaçılar”a pulsuz başa gəlib, aldığı maaş da qəpik-quruşdu. Ancaq heç kim onun legioner limitini doldurduğunu, hansısa azərbaycanlı gəncin yolunu kəsdiyini vurğulamır. Görəsən, onu “Sumqayıt”a hansı “ağıllı” agent sırıyıb, niyə klub rəhbərliyi israrla yarımmüdafiəçini heyətdə saxlayır? Qışda komandaya qoşulan braziliyalı Mario Karioka cəmi 240 dəqiqə meyanda olub. Ondan sonra isə zədə səbəbindən “kimyaçılar”ın oyunlarını xanımı ilə birgə tribunadan izləyir. Sanki onu futbol oynamağa yox, “Sumqayıt”ın azarkeşlərinin sayını artırmaq üçün dəvət ediblər. Şimali Makedoniya yığmasına da dəvət olunan Todor Todoroski isə qeyri-sabit çıxışla yadda qalır. Stiven Pereyra Abasovun gəlişindən sonra ehtiyat oyunçular skamyasının daimi üzvünə çevirilib. Niderlandlı müdafiəçi tez-tez zədələnir ki, buna görə də optimal formasından uzaq düşür. Formada olmayan futbolçunu isə heç bir məşqçi oynatmaz. Cinahda oynayan Terrens Tisdelə “lokomotiv” deyə bilərik. Liberiya yığmasına cəlb olunan yarımmüdafiəçi ancaq sürəti hesabına aşağı-yuxarı qaçmaqla seçilir. Nə son ötürməsi var, nə də bitiriciliyi. Yerli futbolçulardan yalnız rənginə görə seçilir. Legionerlər arasında az-çox yapon Masaki Murata ilə qanalı Kərim Abubakarı qeyd etmək olar. Bir güllə bahar olmadığı kimi, iki legionerlə komanda oyununu formalaşdırmaq mümkün deyil.

Bir sözlə, “Sumqayıt” cari mövsümdə yarıtmaz transfer siyasətinin qurbanıdı. Buna kim məsuliyyət daşıyır? Bu artıq başqa yazının mövzusudu...

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-11-2022, 22:0

“Mehdi Hüseynzadə”nin istifadəyə veriləcəyi tarix müəyyənləşdi

Aktual

24-12-2022, 14:0

“Mehdi Hüseynzadə”nin direktoru açılış tarixini bilmir

Aktual
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
Son xəbərlər
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 153
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə