Cermeyn Defo “Uokinq”in baş məşqçi vəzifəsindən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, o, cəmi 116 gün bu vəzifədə çalışıb. İngiltərə yığmasının sabiq hücumçusu komandanı 6 oyuna çıxarıb, 2 qələbə qazanıb və mövsümü 10-cu pillədə başa vurub. Klub tərəflərin qarşılıqlı razılığı əsasında əməkdaşlığa xitam verildiyini açıqlayıb.
Mütəxəssis isə “instaqram” hesabında paylaşdığı açıqlamada qərarın aradan qaldırılması mümkün olmayan səbəblərlə bağlı olduğunu bildirib.