Fransa çempionatının 24-cü turunda səfərdə “Tuluza”nı məğlub edən “Marsel” yeni klub rekordu müəyyənləşdirib.
Belə ki, komanda Fransa çempionatında çıxış tarixində heç vaxt 24 turdan sonra bu qədər çox xal toplamamışdı. İqor Tudorun yetirmələri lider PSJ-dən 5 xal geri qalmaqla hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Maraqlıdı ki, “Marsel” növbəti turda məhz Paris klubunu qəbul edəcək.