"Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı

14.08.2026 13:35 6
Ölkə futbolu
“Sumqayıt” 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, klub yarımmüdafiəçisi Ronaldo Vaskez ilə müqaviləni "1+1" il şərti ilə yeniləyib. Bu barədə klub məlumat yayıb.

2025-ci ildən Sumqayıt təmsilçisinin heyətində çıxış edən Ronaldo 46 oyunda forma geyib. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.