“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su üzərində qazandığı qələbə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə də təsir edib.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda 2:0 hesablı qələbəsi ölkənin cari UEFA əmsalına 0,500 xal əlavə edib.
Bununla Azərbaycan 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. Ölkəmizin qonşuluğunda Sloveniya 22,718 əmsalla 25-ci, Slovakiya isə 20,500 əmsalla 27-ci yerdədi.
Beləliklə, Azərbaycan 25-ci pillədəki Sloveniyadan 1,031 xal geri qalır, 27-ci pillədəki Slovakiyanı isə 1,187 xal qabaqlayır.
UEFA ölkə reytinqi klubların avrokuboklardakı nəticələri əsasında hesablanır və reytinqdə son beş mövsümün göstəriciləri nəzərə alınır.
Reytinqə 101,852 əmsalla İngiltərə başçılıq edir.