"Marsel" "Sauthempton"un müdafiəçisini transfer etməyi düşünür.
Fransa klubu Due Şaleta-Tsaranın xidmətində maraqlıdı. Liqa 1 təmsilçisi futbolçunu “Aston Villa”ya keçməyə yaxın olan Yan Bednarekin əvəzləyicisi kimi görür.
Oyunçunun özü "Marsel"də çıxış etməyə razıdı. Lakin o, Qətərdə keçiriləcək dünya çempionatı öncəsi yeni klub seçimində səhv etmək istəmir.