Atsunun cənazəsi vətəninə aparıldı

20.02.2023 11:55 223
Dünya futbolu
Türkiyədə baş verən zəlzələdə vəfat edən Kristian Atsunun cənazəsi vətəni Qanaya aparılıb.

Football-plus.az xəbər verir ki, “Hatayspor”da çıxış edən mərhum forvard fevralın 6-da Hatayda baş verən zəlzələdə dağıntılar altında qalıb.

Onun cəsədi 12 gün sonra tapılıb.

Atsu daha əvvəl İngiltərədə "Nyukasl" və "Çelsi" kimi klublarda forma geyinmişdi.