• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kiçik Kriştiano böyük Ronaldo olacaqmı? - XRONİKA

Maraqlı

16-02-2023, 10:0

“Kriştianinyo Kriştianonun varisidi. Atası onun yaşında belə oynamırdı” – Ronaldonun anası Doloreş Aveyro “Nova Gente” jurnalına belə deyib. Kiçik Kriştiano Ronaldonu çoxları belə qəbul edir – o xarici görünüşünə görə atasını xatırladır, oxşar mövqedə oynayır və möhtəşəm karyera qurmağa can atır.

Kriştiano isə “Father-Son Time: Ronaldo” adlı sənədli filmdə belə deyir: “Gənc yaşda ata olmaq istəyirdim – belə də oldu. Kriştianinyo dünyaya gələndə 25 yaşım var idi. Onun bütün həyat yolunu, adam və kişi kimi formalaşmasını, inkişafını izlələmək istəyirəm. Əlbəttə, Kriştiano mənə çox təsir etdi. Rahat, ehtiyatlı olmağı öyrətdi. Ata olmağı çox öyrəndim. Oğlum atasının şöhrətini görür, mənlə qürur duyur, qənimətlərimlə öyünür. Bu isə məni daha xoşbəxt edir”.

Bu ilin əvvəlində Ronaldo Səudiyyə Ərəbistanına yollandı, əlbəttə, Kriştianinyonu da özü ilə götürdü. Cəmi 5-6 il sonra biz bu oğlanı böyüklərin futbolunda görə bilərik. Yaxından tanış olmağın vaxtıdı.

Kiçik Kriştianonun adı ətrafında şayiə rüzgarı

Ronaldonun oğlunun dünyaya gəlişi ətrafında ən müxtəlif xəbərlər var. Kiçik Kriştiano 2010-cu ilin iyununda ABŞ-da doğulub. Bu isə gözlənilməz idi – axı, portuqaliyalı ulduz tezliklə ata olacağını anons etməmişdi. Sadəcə, Ronaldonun saytında oğlunun doğulması haqda kiçik xəbər göründü. Çoxları bunun sayta haker hücumu olduğunu zənn etsə də, tezliklə futbolçunun agenti onun gerçəkdən ata olduğunu təsdiqlədi. Həmin vaxt portuqaliyalı İrina Şeyklə görüşürdü (hətta nişanlanmaları haqda şayiələr də gəzirdi), ancaq o qadın hamilə deyildi.

Bu doğuşla bağlı müxtəlif versiyalar var. Portuqaliyanın “Diario de Noticias” qəzetinə inansaq, Ronaldo surroqat ananın xidmətindən yararlanıb. Britaniyanın “Mirror” tabloidi isə araşdırma apararaq bu nəticəyə gəlib: kiçik Kriştiano futbolçunun ofisiant kimi çalışan 20 yaşlı tələbə ilə təsadüfi əlaqəsindən doğulub. “Mirror” iddia edir ki, hamilə olduğunu öyrənən qız futbolçunun agenti Jorje Mendeşlə əlaqə saxlayıb. Ronaldo DNT testindən imtina etmədi və atalığı təsdiqini tapdı. Bundan sonra Kriştiano tələbə qıza 20 milyon funt ödəməklə uşağla bağlı bütün hüquqları ələ keçirdi və onu susdurdu. “Mirror” Ronaldonun dostuna istinadla onu da yazır ki, futbolçu kiçik Kriştianoya 18 yaşı tamam olandan sonra anası haqda danışacaq.

Bu da Doloreş Aveyronun sözləridi: “Atasından və məndən başqa Kriştianinyonun heç kimi yoxdu. Bu üzdən birlikdə çox vaxt keçiririk. Onun anasının kim olduğu mənim üçün önəmli deyil. Mən, sadəcə, nəvəmə sevgi bəxş etmək, Ronaldonun məndən xahiş etdiyi kimi tərbiyə vermək istəyirəm. O mənə atasının uşaqlığını çox xatırladır. Görürəm ki, kiçik Kriştiano atasının bənzəridi”.

2015-ci ildə Conatan Rossun şousuna qatılan Ronaldo qeyri-münasib sualla üzləşdi:

“Oğlunuzun anasının olmaması sizi narahat edirmi?” “Bu mənim üçün problem deyil. Bütün dünyada ata-anası olmayan uşaqların sayı çoxdu. Kiminsə atası ölüb, kiminsə anası. Kriştianonun atası var – qeyri-adi atası. Və nənəsi. Bütün ailəm ona dəstək verir. Əlbəttə, kimsə deyəcək ki, niyə belədi? Ancaq məni dinləyin. Həyatdakı bəzi məqamlar məxfi qalmalıdı. Özəl həyata hörmət etmək lazımdı. Kriştiano böyüyəndən sonra mütləq ona həqiqəti deyəcəm, çünki bunu haqq edir. Ancaq hamı bunu məndən öyrənmək istəyir deyə danışmayacam. Kriştiano atasını anlayacaq. Mən buna 100 faiz əminəm, bu yöndə narahatlığım yoxdu. Lazımi məqam yetişəndə mütləq bu haqda danışacağıq. 10, 11, 12 yaşında – bilmirəm. Baxarıq”.
Ronaldo oğlunun top-futbolçu olmasını istəyir, ancaq qapıçı yox

Ronaldo oğlunun futbol sevgisi haqda ilk dəfə 2015-ci ildə - “Qızıl top”u alandan dərhal sonra danışdı: “Kriştianonun gəlişi həyatıma sevinc və sakitlik qatdı. Əvvəl də bunlar həyatımda var idi, ancaq onun doğulmasıyla daha da artdı. Kriştiano özü də futbol oynayır, 2014-ün xoş anlarından biri də budu. Əvvəlcə maşınlara həvəs göstərirdi, indi isə futbola. Razıyam, çünku bu daha ucuz hobbidi”.

Bir il sonra isə Ronaldo artıq oğlunu futbolçu kimi görmək istədiyini deyirdi:

“İstəyirəm ki, oğlum peşəkar səviyyədə oynasın. Düşünürəm ki, onda zəruri keyfiyyətlər var. Əlbəttə, o hələ uşaqdı, cəmi 5 yaşı var, ancaq futbolu sevir, daim topla oynayır. Evdə 30 top var, Kriştiano daim onlarla əylənir. Ancaq mən onu məcbur etməyəcəm. Belə şeylər təbii yolla olmalıdı, o sərbəst seçim etməlidi. Kriştiano istədiyi peşəni seçə bilər. Mən təzyiq göstərməyəcəm. Əlbəttə, Kriştianonun futbolçu olmasını istəyirəm. Amma atası kimi top-futbolçu”.

Yuxarıda adını çəkdiyimiz sənədli filmdə futbolçunun 5 yaşlı oğlu ilə necə vaxt keçirdiyini göstərən kadrlar da var. Əlbəttə, söhbətləri futbolla bağlıdı.

Məsələn, belə bir dialoq var:
- Mən qapıçı olacam. Yaxşı, ata?
- Yox, mən bunu istəmirəm.
- Ancaq mən istəyirəm.
- Qapıçı? Zarafat edirsən?
Kiçik Kriştianonun 6 yaşı olanda atasının oynadığı “Real”ın yox, 4-cü divizion klubu “Posuelo”nun akademiyasına qoyublar. Kiçik Ronaldo elə ilk oyunda fərqlənib, komandası isə “El Karraskal”a 4:3 hesabıyla qalib gəlib. 2017-nin noyabrında Kriiştiano ilə xanımı Corcina Rodriges “Poseulo”nun “Bernadette B” komandasına qarşı oyununu izləyiblər. Kiçik Ronaldo 8 qoldan altısını vurmaqla onları sevindirib. Ardından Kriştianinyo, hər halda, “Real” akademiyasına qoşulub – müxtəlif yaş qruplarında keçirdiyi 20 oyunda 50 qol vurub.
2018-də - Ronaldo “Real”dan “Yuventus”a keçəndə kiçik Kriştiano İtaliya klubunun akademiyasına qoşulub. Debüt möhtəşəm idi: “Yuve”nun U-9 komandasının heyətində poker! Əlbəttə, 7 nömrəli futbolka ilə.
Həmin yaş qrupunun sıx qrafiki var idi: həftədə 4-5 məşq və 1 oyun. Hələ atasının məşğələləri bura aid deyil. Ulduz da oğlu ilə zalda məşğul olur, əzələ kütləsini böyütmək, zərbə texnikası və sürət üzərində çalışırdı. Artıq 2019-un oktyabrında kiçik Ronaldonun möhtəşəm statistikası var idi. “Yuve”nin U-9-unun heyətində keçirdiyi 28 oyunda 58 qol və 18 ötürmə ilə yadda qalmışdı. Ata Ronaldonun DAZN-a müsahibəsindən: “O, “Yuventus”a əla uyğunlaşdı. Məndən daha asan. Ümid edirəm ki, atası kimi olacaq. Kriştiano deyir ki, məni ötəcək, ancaq hesab edirəm ki, bu çətin olacaq”.
Ronaldo 2021-in yayında İngiltərəyə qayıtdı, ötən ilin fevralında isə kiçik Kriştiano MY-nin akademiyasına qoşuldu. 7 nömrəli formanı götürdü, qolları da atası kimi qeyd etməyə başladı: “Bəzən oğlum mənə deyir ki, daha bir neçə il oyna. Sənlə eyni komandada oynamaq istəyirəm. Çox çətin olsa da, mən buna qadirəm”.

Oğul daim ataya sataşır...

Ulduz futbolçu 2016-da oğlu ilə münasibətlərə dair maraqlı əhvəlat danışıb: “Həmişə oğul arzulayırdım, o məni çox dəyişdi. Bəzən evə gəlib belə deyir: “Ata, Beyl səndən sürətlidi”. Mən isə deyirəm ki, bunu harda götürmüsən, heç kim sənin atandan sürətli deyil”. Cavabı belə olur: “Bəli, ancaq məktəbdə mənə dedilər ki, Beyl daha sürətlidi, Messi isə müsahibədə deyib ki, sənin sağ ayağını istəyərdi. Belə şeylər quraşdırır və mənə məmnunluq bəxş edir”.
2017-də “Qızıl top”un təqdimat mərasiminə qatılan (portuqaliyalı qazanmışdı) kiçik Ronaldo pərdə arxasında Lionel Messi ilə qarşılaşdı. O əvvəlcə bunun gerçək olduğuna inanmadı, sonra isə “Barselona”nın forvardını özünün kumiri adlandırdı. Salonda olan Doloreş Aveyro “Marca”ya həmin görüşün təfərrüatını danışıb: “Mən onun yanındaydım və ona dedim ki, bax, Messi gəlir”. Kriştianinyo cavab verdi ki, “ola bilməz, boyu çox kiçikdi”. Sonra oğlum ona dedi ki, yaxınlaş və Messi ilə görüş. Messi çox yaxşı adamdı. Nəvəm artıq indi ondan hündürdü, çox gülməli məqam idi”.

Ronaldonu oğlunun rahatlığı narahat edir

Bu yazının daha bir gözlənilməz qəhrəmanı Həbib Nurməhəmmədovdu. Məhz o, Kriştianonun oğlunun gələcəyinə görə ciddi narahatlıq keçirdiyini deyir: “Ronaldo deyir ki, oğlunun onu ötməsini istəyir, ancaq bunu bacarıb-bacarmayacağına görə həyəcan keçirir. Çünki Kriştiano oğlunun yaşında olanda arzulayırmış ki, sadə bir butsu olsun, oğlunun isə hər şeyi var. Kriştiano oğlunun məhz buna görə uğur acı olmayacağından narahatdı. İşin əslində də belədi: aclıq adamı hərəkətə gətirir, motivasiya və inadkarlıq lazımdı. Sənin hər şeyin olanda motivasiya tapmaq çətinləşir”.
Conatan Rossun 2015-dəki şousunda Ronaldoya bu haqda da sualla verilmişdi.
- Oğlunuzun həyatı sizin həmin yaşdakı həyatınızdan tam fərqlidi. 5 yaşınız olanda Madeyrada yaşayırdız, eləmi?
- Bəli.
- Portuqaliyada kiçik ada. 5 yaşınız olanda atanızın neçə maşını var idi?
- (gülür) Onun maşını yox idi.
- İndi sizin neçə maşınınız var?
- Bilmirəm (gülür).
- Kriştianonun sizlə müqayisədə daha rahat şəraitdə böyüməsindən narahatsızmı? Bəlkə də onun hədsiz çox şeyi var. Bu haqda nə düşünürsüz?
- Bu asan məsələ deyil və asan da olmayacaq. Ancaq düşünürəm ki, hər şey tərbiyədən asılıdı. Kriştiano düzgün tərbiyə olunsa, güclü olacaq və əlində olanları qiymətləndirə biləcək. Mən elə edə bilmərəm ki, o, gözəl maşınları, evləri, yaxşı həyat tərzini görməsin. Bunlar qaçılmazdı. Mən bununla nə edim? Siz mənim yerimdə olsaydız, nə edərdiz? Hər şey tərbiyədən asılıdı. Uşağa düzgün tərbiyə vermək və anlatmaq lazımdı: “Bura bax, bütün bunları əldə etmək üçün çalışmaq lazımdı. Belə maşın və ev almaq istəyirsənsə, çalışmaq vacibdi”. Bundar artıq heç nə edə bilmərəm.

Həqiqətən də, Kriştiano üçün oğluna həyatın digər üzünü göstərmək çox vacibdi. Məsələn, onlar Lissabonda olarkən “Sportinq” akademiyasına yenicə daxil olan Ronaldonun yaşadığı evə baş çəkiblər: “Kriştianinyo böyüdüyüm evi görənə qədər çox həyəcan keçirdim. O artıq Madeyra və “Marquês de Pombal” yataqxanası haqda bilirdi. Biz pilləkənlə qalxanda vaxtilə birgə yaşadığımız adamlardan bəziləri orda idi. Düzünə qalsa, çox duyğulandım, çünki onları yenidən görəcəyimi gözləmirdim. Payşao (Ronaldonun dostudu, “Sportinq” akademiyasında oxuyarkən birgə yaşayıblar – red.), mən və Kriştianinyo yaşadığımız otağa birgə daxik olduq. Oğlum mənə tərəf döndü: “Ata, sən burda yaşamısan?” İnana bilmirdi. Uşaqlar düşünür ki, bu həyatda hər şey asan başa gəlir. Həyat səviyyəsi, evlər, maşınlar, geyim – bunlar, sadəcə, göydən yerə tökülür. Oğlumun şüuruna yeritməyə çalışırıam ki, heç də belə deyil. Məktəb tədbirlərində də bu haqda danışıram. İzah etməyə çalışıram ki, təkcə elə istedadla heç nəyə nail ola bilməzsən. Yalnız əmək və inadkarlıq sayəsində istədiyinə çatacaqsan”.

İndiki uşaqları telefondan hədsiz asılığı Ronaldonun xoşuna gəlmir, bu üzdən indiyə qədər də oğluna smartfon almayıb:

“Daim məndən soruşur ki, nə vaxt telefonu olacaq? Mən də cavab verirəm ki, zamanı çatanda olacaq. Texnologiyanın üstünlüklərindən yararlanmaq olar, ancaq ona əsir düşmək yox. Bəzən telefonumu müvəqqəti ona verirəm. Uşaqlara qısa zaman kəsiyi üçün telefon vermək olar, ancaq daimi yox”.
Ronaldonu həm də oğlunun zərərli vərdişləri əsəbləşdirir: “Bəzən o, “kola”, qazlı sular içir, çips yeyir, hərçənd bunların məni qıcıqlandırdığını bilir. Bəzən ona deyirəm ki, qaçış zolağında məşqlərdən sonra bərpa olunmaq üçün soyuq suya baş vurmalısan, o isə cavab verir ki, soyuqdu. Normal qarşılayıram, onun cəmi 10 yaşı var. Sürətli, texnikalıdı. Ancaq bu hələ heç nə demək deyil. İnadkarcasına çalışmaq və özünü qurban vermək də lazımdı”.

...Ronaldo “Əl-Nəssr”ə keçəndən sonra kiçik Kriştiano Ər-Riayddakı Mahd akademiyasına qoşulub – bu, Səudiyyə Ərəbistanının milli idman mərkəzidi. Yeniyetmə dərhal məşqçilərin diqqətini çəkib – 12 yaşlı Kriştianonu özündən iki yaş böyüklərin qrupuna qoşublar. Debüt oyununda isə dubl edib.

Ronaldo oğlunun futboldakı mümkün karyerası ilə bağlı dəfələrlə danışıb, ancaq həmişə də iddia edib ki, onun əvəzinə seçim etməyəcək: “O istədiyi işlə məşğul olacaq. Kriştianoya və bütün başqa uşaqlara xoşbəxtlik və ürəyinə yatan işlə məşğul olmağı arzulayıram. İstənilən halda onu dəstəkləyəcəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-06-2022, 11:0

Evra Ronaldonu Salahdan üstün hesab edir

Dünya futbolu

25-11-2022, 13:0

"Düşünürəm ki, Kriştiano tənqid olunmağı sevir" - Bruno Fernandeş

Dünya futbolu

17-04-2022, 13:0

Qol vurdu, atası Ronaldo kimi sevindi

Dünya futbolu

25-09-2022, 10:0

Ronaldo zədələndi

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 234
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə