Ronaldo zədələndi

25.09.2022 10:15 346
Dünya futbolu
Millətlər Liqasında 5-ci tura yekun vurulub.

Son oyun günündə Portuqaliya Çexiyanı məğlub edib - 4:0. Pireneylilərin kapitanı Kriştiano Ronaldo ciddi zədə alıb. Hava mübarizəsi zamanı çexiyalı qapıçı Tomaş Vatslik topu uzaqlaşdırmaq istəyərkən Ronaldonun üzünə yumruq zərbəsi endirib. Beləcə onun burnu əzilib. Həkimlər qanaxmanı dayandırdıqdan sonra Kriştiano oyunu davam etdirib.