"Sumqayıt" Hakan Sünalla yolları ayırdı

16.06.2026 22:30 14
Ölkə futbolu
"Sumqayıt" Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla yollar ayrılıb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssislə növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb.

2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.