Qol vurdu, atası Ronaldo kimi sevindi

17.04.2022 13:55 471
Dünya futbolu
Yəqin “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun oğlu Junior Ronaldonun da İngiltərə klubunun üzvü olduğunu bilirsiniz.

O da atası kimi MY-yə ötən ilin yayında qoşulub. Junior bugünlərdə klubun aşağı yaş qruplarından olan komandasında qol vurub və qol sevincini atasına xas üslubda qeyd edib.

Kiçik Ronaldo “Yunayted”in U-12 komandası ilə birlikdə dünyanın ən yaxşı futbol akademiyalarının hər il təmsil olunduğu beynəlxalq gənclər turnirində iştirak edib. Onun komandası qrup mərhələsinin oyunlarından birində rəqibini 5:0 hesabı ilə məğlub edib. Kiçik Ronaldonun qapıya yol tapandan sonra qolu atası kimi bayram etməsi diqqətdən yayınmayıb.