Samuel Lobato "Qarabağ"da

16.06.2026 22:49 15
Ölkə futbolu
"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, bölgə təmsilçisində 28 nömrəli formanı geyəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-21-ci illər aralığında Portuqaliyanın "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Lobato yay "transfer pəncərəsi"ndə komandaya qoşulan üçüncü futbolçudu. Daha öncə Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.