“Maynts-05”, “Bayer-04”, “Çelsi”, Dortmund “Borussiya”sı, “Volfsburq”, “Fulhem” və “Spartak” kimi önəmli klublarda forma geydikdən sonra 2020-ci ilin yayında cəmi 29 yaşında şok bir qərarla karyerasını başa vurduğunu açıqlayan Andre Şürrledən maraqlı xəbər var.
Sabiq almaniyalı futbolçu tam fərqli bir macəraya atılaraq həyatında yeni səhifə açıb və indi ekstremal alpinizmə maraq göstərir.
Football-plus.az xəbər verir ki, sərt soyuğa və şaxtaya qarşı dözümlülüyü ilə tanınan və “buz adam” ləqəbi ilə məşhurlaşan niderlandlı macərapərəst Vim Hofun nəfəsi idarə etmək üsullarını öyrənən və hətta bir neçə ay bununla bağlı xüsusi kurslara gedən Şürrle bu mövzuda ilk təcrübəsini yaşayaraq dağ yürüşü həyata keçirib. O, ilk təcrübə üçün Polşa ilə Çexiyanın sərhəddində yerləşən “Snejka” dağını seçib. 1603 metr hündürlüyə malik olan bu dağda qış aylarında 20 dərəcə şaxta olur. Şürrle dostlarını başına yığaraq əynində yalnız şort (başında da papaq) ola-ola, dağın ətəyinə çıxıb! Arzusuna çatdıqdan sonra sevincini gizlətməyən sabiq futbolçu yürüş zamanı çəkdiyi şəkilləri və videoları “instaqram” səhifəsində paylaşıb. O, paylaşımında son dərəcə çətin şərtlər altında həyata keçirdiyi bu yürüş haqda fikirlərini bölüşərək bunları yazıb: