İngiltərə millisinin və "Çelsi"nin sabiq futbolçusu Qari Keyhill karyerasını bitirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi özü açıqlama verib.
Son klubu "Bornmut" olan Keyhill daha əvvəl "Kristal Pelas", "Aston Villa", "Bolton", "Çelsi" kimi klublarda çıxış edib. O, İngiltərə millisində 61 oyun keçirib.
İngiltərə yığmasının dünən daha bir sabiq üzvü - Aaron Lennon da karyerasını bitirib.