İngiltərə yığmasının sabiq oyunçusu dç dünyasını dəyişib.
Football-plus.az xəbər verir ki, o, dekabrın 23-də 83 yaşında vəfat edib.
Futbol veteranının ölüm səbəbi haqda məlumat verilməyib. Koen karyerasını yalnız bir klubda - “Fulhem”də keçirib. London komandasında 1956-69-cu illərdə 459 oyun keçirib və 6 qol vurub. O, İngiltərədə ilk hücumameyilli sağ cinah müdafiəçilərindən olub. Futbolçu həyatını ağır diz zədəsinə görə 29 yaşında başa vurub. 1964-67-ci illərdə İngiltərə yığmasında 37 oyun keçirən Koen 1966-cı ildə ölkəsində təşkil edilən dünya çempionatının qalibi olub.